İrakli Kobaxidze ilə Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayır.
Qurumun verdiyi məlumatda, Nikol Paşinyanın İrakli Kobaxidzeni baş nazir təyin olunması münasibətilə təbrik etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.
Telefon danışığı zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gücləndirilməsi perspektivlərini nəzərdən keçirib, ticarət-iqtisadiyyat, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlığı yekunlaşdırıblar.
“Gürcüstan və Ermənistan Respublikasının baş nazirləri regional təhlükəsizlik məsələlərindən də danışıblar. Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Gürcüstanın Baş naziri Nikol Paşinyandan yaxın vaxtlarda Ermənistan Respublikasına səfərini planlaşdırmaq üçün dəvət alıb”- məlumatda qeyd olunub.