İrakli Kobaxidze - İctimaiyyətə sakitlik, stabillik və siyasi proseslərin sağlam mühitdə inkişaf etməsi lazımdır
İrakli Kobaxidze - İctimaiyyətə sakitlik, stabillik və siyasi proseslərin sağlam mühitdə inkişaf etməsi lazımdır

“Siyasi proseslərin aparılması üçün ən sağlam məkan parlamentdir. Bunu ictimaiyyətimiz istəyir və beynəlxalq partnyorlarımız da buna çağırırlar.

Avropa Şurasının dünəki bəyanatını gördünüz. Müxalifət ictimaiyyətin və beynəlxalq partnyorların tələbini də nəzərə almalıdır.

Biz Gürcüstan əhalisinin istəyi ilə fəaliyyətimizə davam edirik. Biz xalqın qarşısında duran problemlərlə mübarizə etmək üçün işləyirik. Və ictimaiyyət öz istəyini oktyabrın 31-də bildirdi.

İctimaiyyət, sülh, sakitlik, sabitlik və siyasi proseslərin sağlam mühitdə imkişaf etməsini istəyir” – dedi İrakli Kobaxidze.