İrakli Kobaxidze - ictimaiyyətə 12 bəndin icrası ilə bağlı detallı planı vaxtında təqdim etdik, hər bir komponent müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək
İrakli Kobaxidze - ictimaiyyətə 12 bəndin icrası ilə bağlı detallı planı vaxtında təqdim etdik, hər bir komponent müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək

ictimaiyyətə 12 bəndin icrası ilə bağlı detallı planı vaxtında təqdim etdik. Məzmun, eləcə də son tarixlər dəqiqləşdirildi və əvvəldən axıra kimi qeyd olunan müddətlərə ciddi əməl edirik, – bu barədə “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze bəyan etdi.

Onun dediyinə görə, təxminən dekabrın əvvəlində bütün islahatlar başa çatdırılmalıdır.

“Hər bir komponent nəzərdə tutulan vaxt çərçivəsində tamamlanacaq. Müəyyən məsələlər var ki, onların üzərində artıq qanun layihələri hazırlanıb – seçki islahatı, Strasburq qərarlarının icrasına Parlament nəzarəti məzmunca daha həcmli mövzulardır və müvafiq olaraq, onlar müzakirə olunmağa davam edəcəklər. Halbuki, qarşıda hələ iki ay yarım var və təxminən dekabrın əvvəlində bütün islahatlar başa çatmalıdır. Yazdığımız müddətlər bunlardır”, – Kobaxidze bəyan etdi.