İrakli Kobaxidze -İqtisadi artım bizə büdcəni artırmağa imkan verir, büdcəyə müvafiq dəyişikliklər daxil ediləcək və bu il 360 milyon lari əlavə olunacaq
İlk dörd ay ərzində 9%-lik iqtisadi artım göstəricisi qeydə alınıb ki, bu da bizə büdcəni artırmağa imkan verir, büdcəyə müvafiq dəyişikliklər daxil ediləcək və bu il 360 milyon lari əlavə olunacaq -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət iclasında açıqlayıb.
Baş nazir, büdcə artımının səhiyyə, təhsil, mədəniyyət, müdafiə sahələri, eləcə də regional inkişaf istiqaməti üzrə bölünəcəyini bildirib.
“Dövlət büdcəsinə gəlincə, bildiyiniz kimi, bizdə yüksək iqtisadi artım qeydə alınır. İlk dörd ay ərzində 9%-lik artım göstəricisi qeydə alınıb. Bütün bunlar bizə büdcəni artırmağa imkan verir. Gələcəkdə büdcəyə müvafiq dəyişikliklər daxil ediləcək və bu il 360 milyon lari əlavə olunacaq. Bu artım əsasən səhiyyə, təhsil, mədəniyyət, müdafiə, eləcə də regional inkişaf kimi sahələr üzrə bölünəcək. Mövcud iqtisadi artım tempini qoruyub saxlamaq, büdcəyə birbaşa təsir edən artımı daha da sürətləndirmək olduqca mühümdür və bu göstəricilər də bunun çox gözəl nümunəsidir”- deyə baş nazir açıqlayıb.