İrakli Kobaxidze - İqtidar tərkibində mütləq dəyişikliklər olacaq, Mamuka Baxtadzenin mövqeyi belədir
İqtidar tərkibində mütləq dəyişikliklər olacaq, baş nazir namizədi Mamuka Baxtadzenin mövqeyi belədir, – bu barədə parlamentin sədri İrakli Kobaxidze jurnalistlərlə söhbət zamanı bəyan etdi.
Onun dediyinə görə, nazirlər kabinetində yeni simalar olacaq.
İrakli Kobaxidze hesab edir ki, müxtəlif istiqamətlərdə siyasətin yeniləşdirilməsi lazımdır.
“Mən əminəm ki, yeni nazirlər kabineti siyasətimizin düz istiqamətdə yeniləşdirilməsinə müsbət təsir və energiya verəcək” – dedi Kobaxidze.