İrakli Kobaxidze - hökumətin yeni tərkibi ilə bağlı baş nazirin parlament çoxluğu ilə məsləhətləşməsi olacaq
Parlamentin sədri, İrakli Kobaxidze bəyan edir ki, hökumətin yeni tərkibi ilə bağlı, baş nazirin parlament çoxluğu nümayəndələri ilə məsləhətləşməsi olacaq. Hökumətin yeni tərkibində yeni insanların olub olmaması və tərkibin yeniləşdirilməsinin lazım gəlib gəlməməsi barəsində, suala İrakli Kobaxidze açıqlama verir ki, məsələ ilə bağlı baş nazirin öz baxışları var.
“Bu Mamuka Baxtadzenin öz yanaşmasıdır. O, düşünür və hesab edir ki, yeniləşdirmə müxtəlif baxımdan lazımdır, o cümlədən şəxsiyyət baxımından. Biz, bu barədə müzakirə aparacağıq. Müzakirə hər bir namizəd barəsində olacaq”, – İrakli Kobaxidze Birinci Kanal ilə söhbəti zamanı bəyan etdi.