İrakli Kobaxidze hökumətin tərkibini rəsmi olaraq parlamentə təqdim edib
İrakli Kobaxidze hökumətin tərkibini rəsmi olaraq parlamentə təqdim edib

 
Baş nazirliyə namizəd İrakli Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib. Bu barədə büronun bugünkü iclasında məlum olub.

Hökumətin tərkibində dəyişiklik yalnız müdafiə nazirinə şamil olunacaq. Cuanşer Burchuladzeni parlamentin vitse-spikeri, Zuqdidinin majoritarı İrakli Çikovani əvəz edəcək.

Hökumətin tərkibi belədir:

Mədəniyyət və idman naziri – Tea Tsulukiani;

İqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili;

Xarici işlər naziri – İlia Darçiaşvili;

Maliyyə naziri – Laşa Xutsişvili;

Regional inkişaf və infrastruktur naziri – İrakli Karseladze;

Ədliyyə naziri – Rati Breqadze;

Daxili işlər naziri – Vaxtanq Qomelauri;

Müdafiə naziri – İrakli Çikovani;

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Otar Şamuqia;

Təhsil, elm və gənclər naziri – Qiorqi Amilaxvari;

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri – Zurab Azaraşvili;

Uzlaşma və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri – Tea Axvlediani;

Bundan başqa, hökumət proqramı da parlamentə təqdim olunub, indiyədək heç bir dəyişiklik edilməyib.

İrakli Kobaxidzeni fevralın 1-də “Gürcü Arzusu” partiyasının qurultayında baş nazirliyə namizəd təqdim ediblər.

Parlament fevralın 8-də baş naziri və hökumətin tərkibini təsdiq edəcək.