İrakli Kobaxidze - hökumətimiz bütün müvafiq forumlarda ən yüksək səviyyədə təmsil olunur, Vilnüs sammitində iştirak baxımından xarici işlər naziri müzakirə olunur, bu, çox yüksək təmsilçilikdir
“Əslində hökumətimiz bütün müvafiq forumlarda ən yüksək səviyyədə təmsil olunur” – “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bu barədə danışıb.
Onun sözlərinə görə, səfərlərlə bağlı qərarı hökumət verir.
“Belə olan halda söhbət xarici işlər naziri səviyyəsində təmsilçilikdən gedir ki, bu da çox yüksək təmsilçilikdir. Təbii ki, hökumət belə məsələlərlə bağlı qərar qəbul edir və mən hesab edirəm ki, bu qərar rasionaldır” – Kobaxidze bildirib.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstana səfəri zamanı bildirib ki, Gürcüstan çox güman ki, Vilnüs sammitində xarici işlər naziri səviyyəsində iştirak edəcək.