İrakli Kobaxidze - Hökumət tərəfindən turizm sahəsində layihələrin dəstəklənməsi gələcəkdə də davam edəcək, çünki belə layihələr daha çox məşğulluq, iqtisadiyyatın və regionların güclənməsi mənasına gəlir
Turizm istiqamətində qeyri-adi tendensiyalarımız var, ötən 12 ildə mehmanxanaların sayı 3 dəfə artıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Daba Sionidə yeni mehmanxana və istirahət kompleksi layihəsinin təqdimatında çıxışı zamanı bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, 2012-ci il üçün ölkə miqyasında 800-ə yaxın mehmanxana fəaliyyət göstərirdi, bu günə olan göstəricilərə görə isə, turizm sektoruna 1600-ə yaxın mehmanxana əlavə edilib.
Onun bəyanatına əsasən, hökumət tərəfindən turizmə və bu kimi layihələrə dəstək gələcəkdə də aktiv şəkildə davam edəcək.
“Bu gün burada olmaqdan və bu qeyri-adi layihənin təqdimatında iştirak etməkdən şadam. Görkəmli otel kompleksi tikilir, insanların istirahət imkanının olması üçün hər cür şərait yaradılacaq. Ümumiyyətlə, turizm istiqamətində yeni təşəbbüslər, yeni motivasiya üçün “Le MERIDIEN” brendi çox vacibdir. Məkan qeyri-adidir, çoxumuz uşaqlığımızı Sioni gölündə keçirmişik və mehmanxana infrastrukturunun ideal inkişafı üçün ən yaxşı imkanı təmin edən mühit yaradılıb.
Ümumiyyətlə, turizm istiqamətində qeyri-adi tendensiyalarımız var, ötən 12 ildə mehmanxanaların sayı 3 dəfə artıb, 2012-ci il üçün ölkə miqyasında 800-ə yaxın mehmanxana fəaliyyət göstərirdi və bu gün turizm sektorumuza 1600-ə yaxın mehmanxana əlavə edilib. 12 il əvvəl cəmi 23 000 yer olduğu halda, bu mehmanxanalarda 85 000 yeni yerimiz var.
Əlbətdə, hökumət tərəfindən turizmə və bu kimi layihələrə dəstək gələcəkdə də davam edəcək. Bu cür layihələr daha çox məşğulluq, iqtisadiyyatın güclənməsi, regionların güclənməsi mənasına gəlir və əlbətdə, bu layihənin həyata keçirilməsi Mtsxeta-Mtianeti regionu üçün xüsusilə vacibdir” – İrakli Kobaxidze bildirib.
Baş nazir “Arki” şirkətinə, layihənin təşəbbüskarlarına və onun həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edib.
“Sizə bu layihənin uğurla həyata keçirilməsini, biznesin genişlənməsini və çoxlu qonaqlar arzulayıram. Turizmin uğuru, ümumiyyətlə, ölkəmizin uğurudur və biz gələcəkdə iqtisadiyyatın bu sahəsinin daha da güclənməsi üçün çox işlər görəcəyik” – baş nazir bildirib.