İrakli Kobaxidze, Hökumət Administrasiyasında bir neçə kadr dəyişikliyi edildiyini açıqlayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında bir neçə kadr dəyişiklikləri barədə danışıb.
İrakli Kobaxidze bildirib ki, Tbilisi sakrebulosunun üzvü və Hüquq Komissiyasının sədri olmuş Levan Jorjoliani Hökumət Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.
Nikoloz Tğemaladze Hökumət Administrasiyasının regionlarla əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Bununla yanaşı, Qiorqi Kacaia baş nazirin Rusiya ilə münasibətlər məsələlərində müşaviri təyin edilib.
Baş nazirin daha bir müşaviri Zurab Abaşidze olacaq.