Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hindistan Respublikasının Gürcüstandakı səfiri Nilakşi Saha Sinha ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə müzakirələr zamanı Hindistan və Gürcüstan arasında mövcud əlaqələrə və əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.
Qurumun verdiyi məlumat üzrə, Hindistan hökumətinin Tbilisidə daimi diplomatik nümayəndəlik açmaq qərarı, eləcə də Gürcüstan və Hindistan arasında birbaşa müntəzəm uçuşların başlanmasının vacibliyi xüsusilə vurğulanıb; Qeyd olunub ki, bu qərarlar Gürcüstan və Hindistan arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək. Baş nazir Hindistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə görə səfirə təşəkkür edib.