İrakli Kobaxidze - heç cür daxili komanda mövcud deyil, bir komanda var ki, burada da hamı qaydaları qorumalıdır, o cümlədən həmkomandalısı ilə qarşıdurmanı kənara çıxarmamalıdır
Komanda daxilində qarşıdurma və daxili komanda olmamalıdır və bu, beləcə də olacaq, – bu barədə Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze “İmedi” teleşirkətinin efirində bəyan etdi.
Parlamentinin sədrinin qeyd etdiyinə görə, hakim komanda üzvləri arasında qarşıdurma olmamalıdır və bunun aradan qaldırılması üçün komanda üzvləri müəyyən qaydaları müdafiə etməlidirlər.
“Ümumiyyətlə, akim komanda üzvləri arasında münaqişə düzgün deyil. Biz, müəyyən qaydaları müdafiə etməliyik. Əgər komanda üzvləri qaydaları qorusalar, təbiidir ki, durum gərginlə.məyəcək. Komanda daxilində qarşıdurma və daxili komanda olmamalıdır və bu, beləcə də olacaq”, – İrakli Kobaxidze bəyan etdi.