İrakli Kobaxidze - Heç bir ölkə seçkilərimizə müdaxilə etməməlidir, bu bütün ölkələrə çağırışdır, müdaxilə riskləri varsa, hamını xəbərdar edəcəyik
İrakli Kobaxidze - Heç bir ölkə seçkilərimizə müdaxilə etməməlidir, bu bütün ölkələrə çağırışdır, müdaxilə riskləri varsa, hamını xəbərdar edəcəyik

Ümumiyyətlə, heç bir ölkə seçkilərimizə müdaxilə etməməlidir, bu, tamamilə bütün ölkələrə çağırışdır  – “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzeyə sual ünvanlayıblar- “ABŞ kəşfiyyatı Rusiyanın müxtəlif ölkələrin seçkilərinə müdaxiləsini çağırış kimi qiymətləndirir. Artıq 100 ölkə Ağ Evdən məlumat alıb, o cümlədən bizim ölkə də. Casusların aşkarlanması ilə yanaşı, qarşısının alınması istiqamətində də addımlar atacaqsınız?”.

İrakli Kobaxidzenin sözlərinə görə, seçkilərə müdaxilə riskləri olarsa, bu barədə hamını məlumatlandıracaqlar.

“Xatırlayırsınız ki, əvvəlki parlament seçkilərində kifayət qədər mənfi proseslər, o cümlədən səslərin paralel hesablanmasının saxtalaşdırılması və s. olmuşdu. Təbii ki, bu düzgün deyil. Başqa ölkələrdə seçkilərin necə keçirildiyinə hamı diqqət yetirməlidir, amma heç bir halda başqa ölkələrin seçkilərinə müdaxilə edilməməlidir. Hər hansı bir müdaxilə riski varsa, hər kəsə hər şey haqqında məlumat verəcəyik. Bu, bizim maraqlarımıza uyğundur”, – Kobaxidze bildirib.