İrakli Kobaxidze - Hamı bilir ki, bütövlükdə müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, demokratik sistemin sağlam şəkildə işləməsinə mane olurlar
İrakli Kobaxidze - Hamı bilir ki, bütövlükdə müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, demokratik sistemin sağlam şəkildə işləməsinə mane olurlar

Hamı bilir ki, bütün müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, qara pulla maliyyələşir. – Bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Hökumət başçısının qeyd etdiyi kimi, konkret siyasi qüvvələr demokratik sistemin sağlam şəkildə fəaliyyət göstərməsinə mane olur.

“Hamı bilir ki, bütün müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, qara pulla maliyyələşir. Bu yeni xəbər deyil, amma mövzu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Bütün bunlar onu göstərir ki, bu siyasi qüvvələrin siyasi həyatımızda çox mənfi rolu var. Demokratik sistemin sağlam formada fəaliyyət göstərməsinə mane olurlar, konkret televiziya və KİV-lərin yalan təbliğat alətinə çevrilməsi, bunda qara pulun da rolu xüsusidir. Müvafiq qurumlar bu işi araşdıracaqlar”, – deyə İrakli Kobaxidze bildirib.