İrakli Kobaxidze hakimlərin seçilməsi qanunlayihəsi ilə bağlı Venesiya Komisiyasının rekomendasiyalarının nəzərə alınmasını istisna etmir
Bugün Venesiya Komisiyası öz tövsiyyələrini göndərdi və gözlədiyimiz kimi, Venesiya Komisiyası qanundaki dəyişiklikləri müsbət dəyərləndirir, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze verdi.
Onun dediyinə görə, konstitusiyaya və hüquq logikasına uyğun olan bir neçə rekomendasiya var, hansının nəzərə alınması mümkündür.
Parlamentin sədri bəyan etdi ki, məsələ ilə bağlı parlament əksəriyyəti ilə konsultasiyaların keçirilməsi mütləqdir və son mövqe ancaq bundan sonra formalaşacaq.
“Həmkarlarımızı inandırmağa çalışacam ki, müəyyən rekomendasiyaların nəzərə alınması və hətta, möhkəm arqumentlərə əsaslanmayan rekomendasiyaların belə nəzərə alınması zəruridir” – dedi İrakli Kobaxidze.