İrakli Kobaxidze - Gürcüstanın Avropanın rəngarəngliyinin daha da zənginləşdirilməsinə, Avropanın inkişafına xüsusi töhfə verə biləcəyinə inanıram
Gürcüstanın Avropa İttifaqının dirçəlişinə və inkişafına öz layiqli töhfəsini verə biləcəyinə inanıram, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirdi.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan kiçik, ama qədim mədəniyyətə və ənənələrə malik olan ölkədir və avropanın dəyərlərindən biri də məhz rəngarənglilikdir.
“Gürcüstanın Avropanın rəngarəngliyinin daha da çox zənginləşdirilməsinə, Avropanın inkişafına xüsusi töhfə verə biləcəyinə inanıram. Əlbəttə ki, Gürcüstanın Avropa İttifaqına üzv olması üçün hər şey edilir.
Bu gün Gürcüstan istər demokratiya, istər qanunun aliliyi, istərsə də iqtisadi inkişaf templəriylə namizəd ölkələr arasında hər cəhətdən qabaqcıl liderdir. Əsas odur ki, biz bu dinamikanı qoruyub saxlayaq və belə halda, əminəm ki, Gürcüstan çox yaxında Avropa İttifaqının üzvü olacaq.
Brüsseldə olduğum müddətdə mən iddialı bəyanat verdim ki, 2030-cu il üçün namizəd ölkələrdən hər hansı biri Avropa İttifaqına üzv olmağa hazır olacaqsa, bu, Gürcüstan olacaq, bunun üçün hər şey edilir, ediləcək və inanıram ki, yaxın gələcəkdə, 2030-cu ildən gec olmayaraq, Gürcüstan mütləq Avropa İttifaqının üzvü olacaq. Bu günkü gününüzü təbrik edirəm. Diqqətiniz üçün təşəkkürlər.”, – deyə baş nazir bildirib.