İrakli Kobaxidze - Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olması kimi iddialı məqsədimiz var, bu gün bizim uşaqlarımız Avropa İttifaqının himnini qeyri-adi şəkildə ioxudular, əminəm ki, onların gələcəyi Avropa İttifaqındadır
Bu gün bizim uşaqlarımız Avropa İttifaqının himnini qeyri-adi şəkildə oxudular və mən əminəm ki, bu uşaqların gələcəyi Avropa İttifaqındadır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda çıxışı zamanı bildirib.
Baş nazirin söylədiyinə görə, Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv ölkə olmaq kimi iddialı məqsədi var.
“Bizim həm də çox mühüm milli vəzifəmiz var, bu da Avropa İttifaqına daxil olmaqdır. Bizim 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına üzv ölkə olması kimi iddialı məqsədimiz var. Bu gün bizim uşaqlarımız Avropa İttifaqı himnini qeyri-adi şəkildə ifa etdilər və əminəm ki, bu uşaqların gələcəyi Avropa İttifaqındadır. Bu uşaqlar mütləq Avropa İttifaqında yaşayacaqlar, Avropa İttifaqının üzv ölkəsi olacaq vahid Gürcüstanda yaşayacaqlar və bu, çox tezliklə baş verəcək. Bir daha deyirəm ki, bütün bunlarda dostlarımızın dəstəyi, alman dostlarımızın dəstəyi xüsusi əhəmiyyət kəsb edir və bir daha qeyd edirəm ki, bu gün dostlarımızla Gürcüstanın müstəqilliyi haqqında danışmaq və bu mühüm günü birlikdə qeyd etmək bizim üçün xüsusilə vacibdir”, – deyə Baş nazir bildirib.