İrakli Kobaxidze - Gürcüstanı ən dəhşətli faciə sarsıtdı, həlak olanların ailələrinə başsağlığı verirəm
İrakli Kobaxidze - Gürcüstanı ən dəhşətli faciə sarsıtdı, həlak olanların ailələrinə başsağlığı verirəm

Ən dəhşətli faciə Gürcüstanı sarsıtdı. Həlak olanların ailə üzvlərinə, yaxınlarına və ölkəmizə başsağlığı verirəm” – “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

“Hər bir canı xilas etmək üçün fədakarcasına mübarizə aparan polislərə, xilasedicilərə təşəkkür edirəm. Fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün qurumlara təşəkkür edirik.

Xilasetmə işləri davam edir və ümid edirik ki, mümkün qədər çox insanı xilas etmək mümkün olacaq”, – Kobaxidze bildirib.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.