İrakli Kobaxidze - Gürcüstanda media plüralizmi baxımından bizdə köklü şəkildə fərqli vəziyyət var, nəinki 11 il bundan əvvəl
Ümumiyyətlə, biz görürük ki, bütün dünyada, o cümlədən Qərb məkanında media azadlığı baxımından ciddi problemlər var, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze bəyan etdi.
Kobazidzenin dediyinə görə, Gürcüstanda media plüralizmi baxımından köklü şəkildə fərqli vəziyyət var, nəinki 11 il bundan əvvəl.
“Görək, ümid edirik ki, yekunda hamı medianın azadlığı qayğısına qalacaq. Gürcüstanda media plüralizmi baxımından bizdə köklü şəkildə fərqli vəziyyət var, nəinki 11 il bundan əvvəl. Bizdə irəliləyiş var, bunun fonunda konkret ölkələrdə geriləmənin olduğu müəyyən məkanlar var. Ümid edirik ki, hər kəs media azadlığı baxımından Gürcüstanın son illərdə əldə etdiyi irəliləyişə nail ola biləcək”, – Kobazidze qeyd etdi.