İrakli Kobaxidze Gürcüstanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinin yeni rəhbəri Coana Bartonu qəbul edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) nümayəndə heyətinin yeni rəhbəri Coana Bartonu qəbul edib.
Hökumət başçısı Coana Bartona yeni vəzifəyə təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Baş nazir Qızıl Xaç təşkilatının itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rolunu vurğulayıb.
Qeyd olunub ki, hazırkı vəziyyətə əsasən, 334 itkin düşmüş şəxsin qalıqları artıq müəyyən edilib, lakin 1 835 nəfər hələ də itkin hesab olunur. Bu istiqamətdə Gürcüstan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməkdaşlığının davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani və Gürcüstan hökumət administrasiyasının rəhbəri Levan Corjoliani də iştirak ediblər.