İrakli Kobaxidze - Gürcüstan və onun müstəqilliyi bu gün də ən çətin çağırışlar qarşısında dayanır, hərçənd, bu gün gürcü cəmiyyəti müstəqilliyin bərpasının ilk illərində olduğundan daha çox təcrübəlidir
İrakli Kobaxidze - Gürcüstan və onun müstəqilliyi bu gün də ən çətin çağırışlar qarşısında dayanır, hərçənd, bu gün gürcü cəmiyyəti müstəqilliyin bərpasının ilk illərində olduğundan daha çox təcrübəlidir

Gürcüstan və onun müstəqilliyi bu gün də ən çətin çağırışlar qarşısında dayanır, hərçənd, bu gün gürcü cəmiyyəti müstəqilliyin bərpasının ilk illərində olduğundan daha çox təcrübəlidir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirdi.

Hökumət başçısının dediyinə görə, bu gün ölkə Gürcüstanın suverenliyinin və müstəqilliyinin keşiyində dayanan, milli maraqlarını qoruyan hakimiyyət tərəfindən idarə olunur.

“Son 34 il ərzində Gürcüstan bir çox çətinlikdən keçdi. 90-cı illərin əvvəllərində üç müharibədən keçirdik. 2004-2012-ci illərdə biz faktiki müstəqilliyin itirilməsindən, avtoritarizmdən, agentlik idarəçiliyindən və dördüncü müharibədən keçdik. Cəmiyyətin təcrübəsizliyi və siyasətçilərin xəyanəti bizim ölkəmizə ərazilərinin 20 faizinin müvəqqəti itirilməsi bahasına başa gəldi. 2012-ci ildən bugünədək, xüsusən də son 4 il ərzində Gürcüstanın suverenliyinə və müstəqilliyini sarsıtmaq üçün bir çox cəhddən keçmdik

Gürcüstan və onun müstəqilliyi bu gün də ən çətin çağırışlar qarşısında dayanır, hərçənd, bu gün gürcü cəmiyyəti müstəqilliyin ilk illərinə nisbətən daha təcrübəlidir, hərçənd, ölkə Gürcüstanın suverenliyinin və müstəqilliyinin keşiyində dayanan, milli maraqlarını qoruyan hakimiyyət tərəfindən idarə olunur.

Məhz xalqın və onun tərəfindən seçilmiş hakimiyyət birliyi və ağlabatan addımları bizə ekzistensial təhdidlərə və çoxsaylı xəyanətə, o cümlədən Gürcüstan Prezidentinin xəyanətinə baxmayaraq, son 2 ildə ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi”, – deyə Baş nazir bildirdi.