İrakli Kobaxidze - Gürcüstan teleradio yayımının tarixi ictimai yayımdan başlayıb, ictimai yayımçının ölkəmiz üçün xüsusi rolu olub və olacaq
İrakli Kobaxidze - Gürcüstan teleradio yayımının tarixi ictimai yayımdan başlayıb, ictimai yayımçının ölkəmiz üçün xüsusi rolu olub və olacaq

Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladze ilə birlikdə İctimai Yayımçının yeni binasının açılış mərasimində iştirak edib.

İctimai yayımın baş direktoru Tinatin Berdzenişvili və İctimai Yayım Qəyyumlar Şurasının sədri Vasil Maqlaferidze baş nazirə televiziyanın yeni binası ilə tanış olublar.

İrakli Kobaxidze televiziyanın əməkdaşlarını yeni binanın açılışı münasibətilə təbrik edib və ictimai yayımçının xüsusi iş yükünə diqqət çəkib.

“Bina məzmun baxımından əladır və bütün infrastrukturu ilə çox səmərəlidir. Mən şadam ki, İctimai Yayım bu gündən etibarən tamamilə fərqli mühitdə, yeni binada, yeni studiyalarda və hər bir jurnalist üçün çox vacib olan tam yenilənmiş avadanlıqla işləyəcək. Bu gün onları xüsusi olaraq təbrik etmək istəyirəm”. – baş nazir bildirib.

Hökumət başçısı ötən illərdə media azadlığı ilə bağlı vəziyyətdən danışıb və qeyd edib ki, əvvəlki hökumət özəl yayımçılarla birgə ictimai yayımı mənimsəyib, amma bu gün vəziyyət başqadır.

“Bu gün İctimai Yayımçı özəl yayımçıların istifadə etdiyi kimi Gürcüstan Konstitusiyası ilə təmin edilmiş media azadlığının əsas hüququndan istifadə edir. Üstəlik, 2017-ci ildə Gürcüstan Konstitusiyasında 17-ci maddədə İctimai Yayımçı haqqında qeyd xüsusi olaraq öz əksini tapıb və Gürcüstan İctimai Yayımçının institusional statusunun Konstitusiya ilə təmin olunduğu nadir hallardan biridir. Bundan əlavə, konstitusiya ictimai yayımçının dövlət orqanlarından müstəqilliyini, siyasi və əhəmiyyətli kommersiya təsirindən azad olmasını təmin edir. Bu, ictimai yayımçı ilə bağlı müxtəlif konstitusiyalarda tapıla bilən incə qeydlərdən biridir. Bu, ümumiyyətlə, mediaya, ictimai yayımçıya indiki münasibətdir və bu bina, məncə, bu münasibətin daha bir təzahürüdür. Gürcüstan teleradio yayımının tarixi ictimai yayımdan başlayıb, ona görə də bugünkü ictimai yayımçı ölkəmiz üçün xüsusi rola malikdir və həmişə olacaq. Biz ictimai yayıma, onun müstəqilliyinə, davamlı inkişafına daim qayğı göstərmək kimi hökumətin məsuliyyətini dərk edirik. Gürcüstan hökuməti adından sizə söz verə bilərəm ki, bu qayğı gələcəkdə də mütləq davam edəcək ki, demək olar ki, bir əsrə yaxın tarixə malik televiziya ölkədə baş verən hadisələr haqqında ictimaiyyətə obyektiv məlumat verə bilsin. Bir daha sizi yeni binanın açılışı münasibətilə təbrik edir, xüsusilə jurnalistləri, onilliklər boyu İctimai Yayım tarixini yaradan insanları təbrik edir, peşəkar fəaliyyətinizdə böyük uğurlar arzulayıram”. – baş nazir bildirib.

İctimai Yayımçının yeni binasının açılışında icra və qanunvericilik orqanlarının üzvləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.