İrakli Kobaxidze - Gürcüstan prokurorluğu dırnaq arası zəng mərkəzlərinin sxemi üzərində istintaqa başlamışdı və alman həmkarlar ilə birlikdə uğurla həyata keçirilirdi
İrakli Kobaxidze - Gürcüstan prokurorluğu dırnaq arası zəng mərkəzlərinin sxemi üzərində istintaqa başlamışdı və alman həmkarlar ilə birlikdə uğurla həyata keçirilirdi

 

Kezeraşvili ilə bağlı “BBC”nin süjeti yayılmamışdan əvvəl Gürcüstanın Baş Prokurorluğunda alman həmkarlar ilə birlikdə məhz bu cinayətlə bağlı brifinq keçirildiyini hər kəsə xatırlatmaq istərdim, bundan irəli gələrək, hamı Gürcüstan Prokurorluğunun bu tədbirdə iştirakını yaxşı bilir-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze gürcü tərəfinin nəyisə bilməməsi barədə söz-söhbətin spekulyasiya olduğunu bildirib.

“Bu məsələ məhz alman həmkarlar ilə açılıb. Bundan irəli gələrək, gürcü tərəfinin nədənsə xəbəri yoxmuş kimi söz-söhbət boş spekulyasiyadır. Gürcü tərəfi hər şeyi çox gözəl bilir. Üstəlik, prokurorluq alman həmkarlar ilə birlikdə uğurla aparılan istintaqa başlamışdı və o zamankı brifinq də buna həsr olunmuşdu. Müvafiq olaraq istintaq komissiyası ilə bağlı söhbətlər boş spekulyasiyadır. Prokurorluğun təxminən üç ay əvvəl keçirdiyi brifinqin məzmununa yaxşı baxsınlar. Məndə olan məlumata görə, Aleksidze Kezeraşvilinin yaxın çevrəsi ilə dostluq münasibətlərindədir və oxları başqa istiqamətə yönəltmək düzgün deyil. Üstəlik də mənim bildiyimə görə bu qohumluq əlaqəsi ümumiyyətlə yoxdur. Bu boş spekulyasiyadır, lakin bununla bağlı müvafiq şəxslər daha yaxşı şərh verəcəklər”-deyə Kobaxidze açıqlayıb.