İrakli Kobaxidze - Gürcüstan Konstitusiyasının yeni redaksiyası avtoritar rejimi efektiv şəkildə ləğv edir
İrakli Kobaxidze - Gürcüstan Konstitusiyasının yeni redaksiyası avtoritar rejimi efektiv şəkildə ləğv edir

“Gürcüstan konstitusiyasının əvvəlki redaksiyası ilə bağlı bir çox problemlər və çağırışlar var idi, çünki o sabiq iqtidarlara avtoritar rejimlə idarə etmək imkanını verirdi. Konstitusiyanın yeni redaksiyası isə, bu imkanı tamamən yox edir” – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Vaşinqtonda Con Hokkins Universitetində nitqlə çıxış edərkən verdi.

Gürcüstanda baş verən demokratiya islahatlarından söz edərkən, İrakli Kobaxidze əsas diqqəti konstitusiya dəyişikliklərinə yönəltdi. Onun dediyinə görə, parlament gündəliyinin əsas məsələlərindən biri məhz konstitusiya islahatı idi, hansı ki müvəffəqiyyətlə həyata keçirildi.

“Yeni islahatlara əsasən, biz tamamən parlament idarəçiliyi sisteminə keçirik. Konstitusiya dəyişikliklərinə əsasən, proporsiyal seçki sistemi qüvvəyə minəcək. Bu çox önəmli prosesdir, hansı ki, Gürcüstanı hərhansı bir avtokratiya rejimindən uzaq tutacaq” – dedi İrakli Kobaxidze.