İrakli Kobaxidze - Gürcüstan dünyanın 200-dən çox Olimpiya komandası arasında 14-cü yeri tutur, bu da kiçik ölkəmiz üçün böyük uğurdur, buna görə Olimpiya komandasının hər bir üzvünə təşəkkürlər
İrakli Kobaxidze - Gürcüstan dünyanın 200-dən çox Olimpiya komandası arasında 14-cü yeri tutur, bu da kiçik ölkəmiz üçün böyük uğurdur, buna görə Olimpiya komandasının hər bir üzvünə təşəkkürlər

 
Hazırki göstəricilərə əsasən, ölkəmiz dünyanın 200-dən çox Olimpiya komandası arasında 14-cü yeri tutur, bu da kiçik ölkəmiz üçün böyük uğurdur və buna görə Olimpiya komandasının hər bir üzvünə təşəkkürlər – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Baş nazir bir daha Laşa Bekaurini Olimpiya qızıl medalı, Tato Qriqalaşvilini isə Olimpiya gümüş medalı münasibətilə təbrik edib. Hökumət başçısı bu gün iki gürcü Olimpiya iştirakçısının- cüdoçu İlia Sulamanidze və boksçu Laşa Qurulinin mübarizə aparacağını qeyd edib və onlara uğurlar arzulayıb.

“Olimpiyadada dünənki çıxışımız olduqca uğurlu idi. Mən Laşa Bekaurini ikinci Olimpiya qızıl medalı münasibətilə bir daha təbrik etmək istəyirəm, Laşa vədini yerinə yetirir, üç il əvvəl o, bizə üç Olimpiya qızıl medalını qazanacağını vəd etmişdi və ikinci qızıl medalı o, artıq dünən qazandı. Bu qeyri-adi uğur münasibətilə onu və bütövlükdə ölkəmizi təbrik etmək istəyirəm. Həmçinin Tato Qriqalaşvilini Olimpiya gümüş medalı münasibətilə bir daha təbrik etmək istəyirəm, hazırki göstəricilərə əsasən, ölkəmiz dünyanın 200-dən çox Olimpiya komandası arasında 14-cü yeri tutur, bu da kiçik ölkəmiz üçün böyük uğurdur və buna görə Olimpiya komandasının hər bir üzvünə təşəkkürlər. Bu gün iki Olimpiya iştirakçısı mübarizə aparır – İlia Sulamandize cüdo üzrə, eləcə də boksçu Laşa Quruli. Hər ikisinin çox yaxşı şansları var və mən hər ikisinə, eləcə də bütün komandaya sonrakı günlərdə uğurlar arzulamaq istəyirəm” – baş nazir qeyd edib.