İrakli Kobaxidze - Gürcüstan dost Ukrayna xalqının yanında qətiyyətlə dayanır və bu, təkcə sözlərlə deyil, həm də güclü siyasi və humanitar dəstəklə ifadə olunur
Gürcüstan dost Ukrayna xalqının yanında qətiyyətlə dayanır və bu, təkcə sözlərlə deyil, həm də güclü siyasi və humanitar dəstəklə ifadə olunur- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, Rusiyanın hərbi təcavüzü yüzlərlə uşaq da daxil olmaqla on minlərlə ukraynalının ölümünə səbəb olub.
“Düz iki il əvvəl bizim dost Ukrayna xalqının başına böyük ədalətsizlik gəldi. Rusiyanın hərbi təcavüzü yüzlərlə uşaq da daxil olmaqla on minlərlə ukraynalının ölümünə səbəb olub. 10 milyondan çox insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb. Ölkənin iqtisadiyyatı və infrastrukturu məhv edilib, Ukrayna ərazisinin 20 faizi işğal edilib. Müharibə hər gün itkilər və dağıntılar gətirir və mütləq bitməlidir. Gürcüstan dost Ukrayna xalqının yanında qətiyyətlə dayanır və bu, təkcə sözlərlə deyil, həm də güclü siyasi və humanitar dəstəklə ifadə olunur. Dost Ukrayna xalqına sülh, suverenlik və ərazi bütövlüyü arzulayıram”- baş nazir qeyd edir.