İrakli Kobaxidze Gürcüstan - Çexiya oyununda olub və oyundan sonra milli komandanı qələbə münasibəti ilə təbrik edib
İrakli Kobaxidze Gürcüstan - Çexiya oyununda olub və oyundan sonra milli komandanı qələbə münasibəti ilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze UEFA Millətlər Liqası çərçivəsində keçirilən Gürcüstan – Çexiya oyununda iştirak edib.

Hökumət administrasiyasının məlumatına görə, İrakli Kobaxidze paytaxt meri və hökumət üzvləri ilə birlikdə Mixail Mesxi stadionunda olub.

Qarşılaşma Gürcüstanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra hökumət başçısı milli komandanın üzvlərini qələbə münasibətilə təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.