İrakli Kobaxidze - gürcü xalqı adından, üstəlik də 150 ​​"Milli Hərəkat"çının aksiyasını qiymətləndirərkən danışmaq heç bir səfirin işi deyil
İrakli Kobaxidze - gürcü xalqı adından, üstəlik də 150 ​​"Milli Hərəkat"çının aksiyasını qiymətləndirərkən danışmaq heç bir səfirin işi deyil

 
Yumşaq desək, anlaşılmaz bəyanat idi, Kelli Deqnanın dediyi kimi heç kim düşünmür, Gürcüstanda ictimaiyyət nümayəndələri heç bir rusun Gürcüstana gəlməməsi gərəkdiyini düşünmürlər-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Kelli Deqnanın açıqlamasını şərh edərkən danışıb.

Kobaxidze cəmiyyətin böyük əksəriyyətinin fərqli fikirdə olduğunu bildirib.

“Ölkənin bir milyard dollar itirməsi ilə bağlı bu cür ifadələri rahatlıqla deyəndə, bilmirəm nə qiymət verim. Gürcü xalqı adından, üstəlik də 150 ​​”Milli Hərəkat”çının aksiyasını qiymətləndirərkən və bunu gürcü xalqının etirazı adlandırarkən danışmaq heç bir səfirin işi deyil, axı bu anlaşılmazdır?! Salome Zurabişvili də belə deyib, səfirlərdən biri də bunu deyib. Bütün bunları cəmiyyət qiymətləndirəcək, bu, sadəcə olaraq yanlışdır”-deyə Kobaxidze açıqlayıb.