İrakli Kobaxidze - "Gürcü Arzusu"nun yüksək reytinqini iki əsas amil müəyyənləşdirir, sülh və sürətli iqtisadi artım, iqtisadi inkişafa xüsusi diqqət yetiriləcək
İrakli Kobaxidze - "Gürcü Arzusu"nun yüksək reytinqini iki əsas amil müəyyənləşdirir, sülh və sürətli iqtisadi artım, iqtisadi inkişafa xüsusi diqqət yetiriləcək

“Gürcü Arzusu”nun yüksək reytinqini iki əsas amil müəyyənləşdirir – birincisi – sülh və ikincisi, sürətli iqtisadi artım, – bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, hakim komandanın seçki proqramında iqtisadiyyatın gələcək inkişafına xüsusi diqqət yetirilir.

İrakli Kobaxidze proqramın hazırlanmasında və sənədin təsdiqində iştirakına görə partiyanın fəxri sədri Bidzina İvanişviliyə, partiyanın sədri İrakli Ğaribaşviliyə və siyasi şuranın hər bir üzvünə təşəkkür edib.

Biz tez-tez reytinq baxımından tarixi maksimuma malik olduğumuz barədə danışırıq və bunu, əsasən iki amill müəyyən edir: birincisi, ən çətin çağırışlara baxmayaraq, ölkəmizdə sülhün təmin olunması, ikinci əsas amil isə “Gürcü Arzusu”nun yüksək reytinqə gətirib çıxaran ölkəmizi son üç-dörd ildə fərqləndirən sürətli iqtisadi artım. İndi də ilk növbədə ölkənin  inkişafının bütün istiqamətlərdə  iqtisadiyyatın inkişafından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və xarici-siyasi mövqelərin möhkəmlənməsindən asılı olduğundan iqtisadi inkişafa xüsusi diqqət yetiriləcək.