İrakli Kobaxidze - "Gürcü Arzusunda" prezidentliyə namizəd barəsində müxtəlif fikirlər mövcuddur, bu isə, təbiidir
“Gürcü Arzusunda” prezidentliyə namizəd barəsində müxtəlif fikirlər mövcuddur, bu isə, təbiidir, – bu barədə Parlamentin sədri İrakli Kobaxidze bəyan etdi.
Onun dediyinə görə, məsələ üzrə müzakirə “Gürcü Arzusunun” siyasi şurası və çoxluq formatında baş verəcək.
“Müzakirə prossesində bir neçə namizədin olmasına görə, müxtəlif fikirlər mövcuddur, bu isə normaldır”, – İrakli Kobaxidze bəyan etdi.
Parlamentin sədrinin məlumatına görə, prezidentliyə namizədin yekun seçilməsi zamanı onun tanınmasına prioritet veriləcək. Lakin bu da tam meyar deyil.