İrakli Kobaxidze - "Gürcü Arzusu" nəhayət Avropa tipli siyasi birləşmə kimi formalaşmalıdır, bunun üçün də partiyaya Bidzina İvanişvilinin rəhbərlik etməsi əhəmiyyətlidir
“Gürcü Arzusu” nəhayət Avropa tipli siyasi birləşmə kimi formalaşması lazımdır və bu baxımından partiyaya, Bidzina İvanişvilinin rəhbərlik etməsi əhəmiyyətlidir, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze bəyan etdi.
İrakli Kobaxidzenin qeyd etdiyinə görə, baş nazirin təşəbbüsü ilə, Bidzina İvanişvili önəmli qərar qəbul etdi.
“Bidzina İvanişvili siyasətə qayıdır. O, müvafiq prossedurlardan sonra partiyanın sədri vəzifəsini tutacaq. Biz tez tez söhbət edirdik ki, siyasi partiyamızın daha artıq gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi lazımdır. “Gürcü Arzusu” nəhayət Avropa tipli siyasi birləşmə kimi formalaşması lazımdır. Buna xüsusi cəhdlər və ehtiyyatlar lazımdır. Bu baxımından partiyaya, Bidzina İvanişvilinin rəhbərlik etməsi əhəmiyyətlidir. O, partiyamızda yeni islahatlar dalğasına rəhbərlik edəcək”, – İrakli Kobaxidze bəyan etdi.