İrakli Kobaxidze – Qumar oyunlarının beynəlxalq turniri ilə bağlı qanun layihəsi mövcud tənzimləmələrə hər hansı xüsusi dəyişiklik etmir
Bu, xüsusi əhəmiyyət kəsb edən bir qanun layihəsi deyil və mövcud tənzimləmələrə hər hansı xüsusi dəyişiklik etmir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, söhbət konkret vergi tənzimləmələrinin tətbiqindən gedir.
“Əslində, bu qanun layihəsi heç bir xüsusi yenilik təqdim etmir. Söhbət konkret turnir növlərindən, məsələn, beynəlxalq idman kanallarında yayımlanan poker turnirindən gedir və burada konkret vergi tənzimləmələrinin tətbiq olunması nəzərdə tutulur. Müvafiq olaraq, burada heç bir xüsusi dəyişiklikdən söhbət getmir. Bu məsələ ilə bağlı geniş müzakirəyə ümumiyyətlə ehtiyac yox idi. Məsələn, dəyişiklik məzmunca o qədər əhəmiyyətsizdir ki, şəxsən mənim özümün belə məsələdən ümumiyyətlə xəbərim yox idi. Hər bir qanunun lobbiçisi ola bilər. Əgər hər hansı bir yerdən böyük vəsait daxil ola bilərsə, bu, nəticədə dövlət büdcəsinə daxil olacaq. Bu mövzuda sizə deyə biləcəyim yeganə şey budur. Lobbiçilərə gəlincə, əslində bu qanun layihəsinin lobbiçiləri yox, təşəbbüskarları var. Bir daha qeyd edirəm, bu, hər hansı bir əhəmiyyətli dəyişiklik deyil, hətta mənim özümün də bu qanun layihəsindən xəbərim yox idi. Bunu qanun layihəsi təqdim edildikdən sonra öyrəndim, daha sonra konkret bəyanatlar verildi. Bilməməyimin səbəbı odur ki, bu, xüsusi əhəmiyyət kəsb edən bir qanun layihəsi deyil. Mövcud qaydalarda hər hansı xüsusi dəyişiklik nəzərdə tutmur”, – İrakli Kobaxidze bildirib.