İrakli Kobaxidze - Giorgi Marqvelaşvilinin birləşmiş müxalifətin prezident namizədi olaraq, təqdim edilməsi "Milli Hərəkat" partiyasının ssenarisidir
“Giorgi Marqvelaşvilinin birləşmiş müxalifətin prezidentliyə namizədi olaraq, təqdim edilməsi “Milli Hərəkat” partiyasının ssenarisidir” – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze verdi.
Onun dediyinə görə, “Milli Hərəkat” öz sevimli ssenarisini “birləşmiş müxalifətin prezdinetliyə namizədi” adı ilə hazırlayır.
Parlament sədrinin bəyanatına görə, qeyd olunan ssenarinin hazırlanması asandır, ancaq “Gürcü Arzusu”-nu heç bir ssenari məğlub edə bilməz.
“Bizim dəstənin prezidentliyə namizədinə gəlincə isə, bu məsələ ilə bağlı məsləhətləşmələr başlayıb, ancaq müəyyən edilmiş bir namizəd hələ yoxdur. Məsləhətləşmələr başa çatdıqdan sonra namizədimizi açıqlayacağıq” – dedi parlamentin sədri.
Yayılan məlumata görə, Gürcüstanın qüvvədə olan prezidenti Giorgi Marqvelaşvili, prezident seçkilərində birləşmiş müxalifətin namizədi olaraq, təqdim ediləcək.