İrakli Kobaxidze - gələn il, dekabrda Aİ-yə üzvlüklə bağlı danışıqların açılması məsələsi müzakirə olunacaq, biz Gürcüstan üçün ondan əvvəl də danışıqlara başlamağa hazır olacağıq
İrakli Kobaxidze - gələn il, dekabrda Aİ-yə üzvlüklə bağlı danışıqların açılması məsələsi müzakirə olunacaq, biz Gürcüstan üçün ondan əvvəl də danışıqlara başlamağa hazır olacağıq

 
Bizə deyildiyi kimi, gələn il, dekabrda Gürcüstan üçün danışıqların açılması məsələsi müzakirə olunacaq, biz onadək və daha erkən də Gürcüstan üçün danışıqlara başlamaq üçün hazır olacağıq -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze bildirib ki, doqquz prioritetin icrasına başlanılıb və intensiv şəkildə davam etdiriləcək.

“Əvvəldən sona qədər Gürcüstan üçün danışıqlara daha erkən başlamağa hazır olacağıq. Hamıya məlumdur ki, reallıqda Gürcüstan bütün parametrlərdə Ukrayna və Moldovanı, eləcə də artıq danışıqlara başlanılan bir sıra digər namizəd ölkələri qabaqlayır. Bundan irəli gələrək, biz əminik ki, dekabr üçün danışıqlara başlamağa hazır olacağıq” – deyə İrakli Kobaxidze qeyd edib.