İrakli Kobaxidze – “Gələcək üçün körpü” ifadəsi Gürcüstanın kursunu ən yaxşı şəkildə əks etdirir, biz qərarlarımızla gələcək nəsillər üçün daha inkişaf etmiş, iqtisadi cəhətdən güclü, təhlükəsiz gələcək yaradırıq
Bugünkü görüşün əsas motivi iqtisadi inkişaf tendensiyalarını, bizim ümumi məqsədlərimizi və gələcək planlarımızı, həmçinin, regional və qlobal böhranların aradan qaldırılması perspektivlərini müzakirə etmək üçün zəruri platformanı təmin edən “Gələcək üçün Körpü”dür, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Asiya İnkişaf Bankının (AİB) 57-ci illik iclasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Hökumət başçısının dediyinə görə, bu ifadə Gürcüstanın kursunu ən yaxşı şəkildə əks etdirir.
“Bu gün Asiya İnkişaf Bankının 57-ci illik iclasına ev sahibi kateqoriyasında sizə müraciət etməkdən şadam.
İlk növbədə, mən prezident Asakavaya göstərdiyi etimada görə təşəkkür etmək, həmçinin bu əhəmiyyətli tədbirin təşkilində qiymətli köməyə görə Asiya İnkişaf Bankının komandasına minnətdarlığımı bildirmək istəyirəm.
Bugünkü görüşün əsas motivi iqtisadi inkişaf tendensiyalarını, bizim ümumi məqsədlərimizi və gələcək planlarımızı, həmçinin, regional və qlobal böhranların aradan qaldırılması perspektivlərini müzakirə etmək üçün zəruri platformanı təmin edən “Gələcək üçün Körpü”dür.
Eyni zamanda, bu ifadə Gürcüstanın kursunu ən yaxşı şəkildə əks etdirir. Bizim qərarlarımız və addımımızla gələcək nəsillər üçün daha inkişaf etmiş, iqtisadi cəhətdən güclü, təhlükəsiz gələcək yaradırıq.
Bu baxışı Gürcüstanı Avropa və Asiya arasında birləşdirici körpüyə çevirən strateji coğrafi yerləşmə gücləndirir. Bizim unikal yerləşməmiz bizə eyni zamanda Avropanın bir hissəsi olmağa və həmçinin, tarixi İpək Yolunun varislərindən biri statusunu şərəflə daşımaq imkanı verir.
Bildiyiniz kimi, biz strateji nəqliyyat dəhlizlərimizlə digər marşrutların stabil, təhlükəsiz və etibarlı alternativ kimi formalaşması ilə Orta Dəhlizin fəaliyyətində mühüm rol oynayırıq. Biz Asiya biznesi və investorları üçün ən yaxşı biznes mühitini təklif etməyə və onların bölgədə genişləndirilməsi imkanını təmin etməyə davam edəcəyik”, – İrakli Kobaxidze qeyd edib.