İrakli Kobaxidze -qara gün bu gün yalnız radikal müxalifət və onunla əlaqəli qüvvələr üçündür
Qara gün bu gün yalnız radikal müxalifət və onunla əlaqəli qüvvələr üçündür – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür, Kremldən ilhamlanan qanunların parlament tərəfindən müzakirəsinin davam etdirilməsi Avropaya inteqrasiya istəyi ilə bir araya sığmır”-deyə İrakli Kobaxidzeyə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatı ilə bağlı sual ünvanlanıb.
“Sadə şəkildə deyirəm, bu qara gün radikal müxalifət və onun pərəstişkarları üçündür, yalnız onlar üçündür, hər şeydən, o cümlədən qanun layihəsinin məzmunundan aydındır. Bu gün qara gün yalnız radikal müxalifət və onunla əlaqəli qüvvələr üçündür”-deyə İrakli Kobaxidze açıqlayıb.