İrakli Kobaxidze - qanun layihəsinin geri çəkilməsi ilə bağlı siyasi qərar qəbul edilib, siyasətçiləri spekulyasiyalardan çəkinməyə çağırıram
İrakli Kobaxidze - qanun layihəsinin geri çəkilməsi ilə bağlı siyasi qərar qəbul edilib, siyasətçiləri spekulyasiyalardan çəkinməyə çağırıram

 

Siyasi qərar qəbul edilib, heç bir halda ona yenidən baxıla bilməz, qalanı texniki məsələdir, bundan manipulyasiya üçün istifadə etməyə çalışanları bu cür spekulyasiyalardan çəkinməyə çağırırıq – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin də qeyd etdiyi kimi, prosedura əsasən istənilən mövzuda istənilən qanun layihəsinin təşəbbüsünü irəli sürə və bir neçə günə onu sürətləndirilmiş şəkildə qəbul edə bilərsiniz, prosedurun bununla heç bir əlaqəsi yoxdur, siyasi qərar verilib.

“Bu qərar səsləndirilib və bundan irəli gələrək, təbii ki, heç bir halda ona yenidən baxıla bilməz. Burada qalanlar yalnız texniki məsələdir. Təəssüf ki, dünən və srağagün olan bu texniki məsələdən manipulyasiya üçün istifadə etməyə, zorakılıq abu-havası yaratmağa çalışan hər kəs bununla bağlı ola biləcək məsuliyyəti bölüşür. Bununla əlaqədar spekulyasiya edən bütün siyasətçiləri bu cür spekulyasiyalardan çəkinməyə çağırırıq. Texniki məsələ var. Geridə qalan hər şey spekulyasiyadır”-deyə Kobaxidze açıqlayıb.