İrakli Kobaxidze Fransa səfirini milli bayram münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Respublikasını milli bayram münasibətilə təbrik edib.
Hökumət başçısı vitse-baş nazirlə, müdafiə naziri İrakli Çikovani ilə birlikdə Fransa Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bastiliyanın gününə həsr olunmuş təntənəli qəbulda iştirak edib.
Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Şeraz Qasri tədbirin qonaqları qarşısında çıxış edərək onları milli bayram münasibətilə təbrik etdiklərinə görə təşəkkürünü bildirib.