İrakli Kobaxidze - əvvəlcə müxalifət tərəfindən depolarizasiya istiqamətində addımlar atılsın və bundan sonra müvafiq məsələləri müzakirə edə bilərik
İrakli Kobaxidze - əvvəlcə müxalifət tərəfindən depolarizasiya istiqamətində addımlar atılsın və bundan sonra müvafiq məsələləri müzakirə edə bilərik

 

Əvvəlcə müxalifət tərəfindən depolarizasiya istiqamətində addımlar atılsın və bundan sonra müvafiq məsələləri müzakirə edə bilərik-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Kobaxidze “Vətəndaşlar” partiyasının nümayəndəsi, müxalif deputat Levan İoselianinin qütbləşməyə son qoyulması ilə bağlı təklifini şərh edib. İoselianinin təklifinə əsasən, tam proporsional sistemlə yanaşı, 2 faizlik həddi nəzərdə tutan konstitusiya islahatını başa çatdırmalıdırlar.

“Məncə, məsələ əksinədir. Əvvəlcə depolarizasiya baş verməlidir və bundan sonra qütbləşmə dərəcəsi ilə birbaşa əlaqədar olan məsələləri müzakirə etməliyik. Əvvəlcə müxalifət tərəfindən depolarizasiya istiqamətində addımlar atılsın və bundan sonra müvafiq məsələləri müzakirə edə bilərik. Konstitusiyadakı seçki dəyişikliyinə gəlincə, bunun Aİ-yə namizədliklə heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə depolarizasiya əlaqəlidir. Buyursunlar, əvvəlcə depolarizasiya istiqamətində addımlar atsınlar və bundan sonra istənilən təşəbbüsü müzakirə edə bilərik” -deyə İrakli Kobaxidze bildirib.