İrakli Kobaxidze - ərazi bütövlüyü, işğalın aradan qaldırılması, xarici siyasət məsələləri radikal müxalifətlə heç bir halda müzakirə etməyəcəyimiz mövzulardır
İrakli Kobaxidze - ərazi bütövlüyü, işğalın aradan qaldırılması, xarici siyasət məsələləri radikal müxalifətlə heç bir halda müzakirə etməyəcəyimiz mövzulardır

 
Ərazi bütövlüyü, işğalın aradan qaldırılması, xarici siyasət məsələləri radikal müxalifətlə heç bir halda müzakirə etməyəcəyimiz mövzulardır-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Kobaxidze komanda daxilində istənilən mövzuda məsləhətləşmələrin aparıla biləcəyini deyib.

“Bir daha təkrar edirəm, hansısa addımı atmağı lazım bildiyimiz zaman, bunu edirik. 11 il ərzində hansı siyasəti aparmışıqsa, bu siyasətlə sübut etmişik ki, harada hərəkət etmək lazımdırsa, mütləq orada hərəkət edirik. İstənilən dozada və lazım olduğu kimi hərəkət edirik. Ona görə belə bir siyasəti yürütməyimizə icazə verin” – Kobaxidze qeyd edib.