İrakli Kobaxidze - əgər müharibə kampaniyası "FSB"-yə məxsusdursa, belə çıxır ki bu kampaniyaya qoşulan şəxslər "FSB"nin fəaliyyəti ilə əlaqədədirlər, müharibə riskləri ilə bağlı söhbətlər konkret məlumatlara əsaslanır
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze, hakim komandanın müharibə ilə əlaqədar risklərdən danışarkən konkret nəyisə nəzərdə tutduğunu, lakin sonadək açıq şəkildə danışa bilməyəcəyini bildirir.
Jurnalistin Kobaxidzedən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın “FSB”nin dezinformasiya kitabçasından olan məkrli narativ. Görünür bu davam edir, açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ Gürcüstanı müharibəyə sürükləməyə çalışmır” -deyə bəyanatını şərh etməsini xahiş etdikdən sonra o sözü gedən şərhi verib.
İrakli Kobaxidze kitabçalarda yazılanlar barədə məlumata sahib olmadıqlarını bildirib.
“Mən dəqiq nəyin nəzərdə tutulduğunu bilmirəm. “FSB”yə gəlincə, kitabçalarda yazılanlar barədə məlumata sahib deyilik. Müharibə ilə bağlı bu günə qədər tam zərərsizləşdirilməmiş risklərə gəlincə, biz bu haqda keçmişdə və indi danışarkən olduqca konkret bir şeyi nəzərdə tuturuq və onun haqqında hər şeyi açıq deyə bilmərik. “FSB”yə və müharibə kampaniyasının “FSB”yə aid olmasına gəlincə, bu halda belə çıxır ki bu kampaniyada iştirak edən Qiqauri, Lomcariya, Marqvelaşvili, Usupaşvili də həmçinin “FSB”nin fəaliyyəti ilə əlaqədədirlər. Müharibə riskləri ilə bağlı danışıqlar konkret məlumatlara əsaslanır” – deyə İrakli Kobaxidze bildirib.