İrakli Kobaxidze - Dövlətçilik və Xristianlıq bugün də o iki dəyərdir ki, onları qorumaq üçün bir addım belə geri çəkilə bilmərik və çəkilməyəcəyik də
İrakli Kobaxidze - Dövlətçilik və Xristianlıq bugün də o iki dəyərdir ki, onları qorumaq üçün bir addım belə geri çəkilə bilmərik və çəkilməyəcəyik də

Biz vahid Gürcüstanın ilk paytaxtında, Mtsxetada, Gürcüstanın xristian dövləti olaraq elan edildiyi şəhərdə regional seçki görüşlərinə başlayırıq, – bu barədə hakim partiyanın seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze Mtsxetada, “Gürcü Arzusu”nun seçki kampaniyasının regional tədbirində çıxışı zamanı bildirib.

Kobaxidzenin bildirdiyinə görə, dövlətçilik və xristianlıq gürcü xalqının fədakarlıq mübarizəsini heç vaxt dayandırmadığı və müdafiəsi üçün bu gün də geri çəkilməməli olan iki ən mühüm dəyərdir.

Kobaxidzenin qeyd etdiyi kimi, gürcü xalqı həmişə öz seçimini sülh, azadlıq, müstəqillik və suverenlik lehinə edib, müvafiq olaraq, 2012-ci ildən bugünədək “Gürcü Arzusu” 8 seçkidə qalib gəlib.

“Dövlətçilik və xristianlıq iki ən mühüm dəyərdir ki, gürcü xalqı onun uğrunda fədakar mübarizəsini heç vaxt dayandırmayıb. Dövlətçilik və Xristianlıq bugün də o iki dəyərdir ki, onları qorumaq üçün bir addım belə geri çəkilə bilmərik və çəkilməyəcəyik də. “Gürcü arzusu” 2012-ci ildən bugünədək səkkiz seçkidə qalib gəlib. Hər bir seçki ölkəmiz üçün son dərəcə prinsipial idi. Hər seçkidə sülhün, azadlığın, müstəqilliyin, suverenliyin, demokratiyanın, iqtisadi tərəqqinin taleyi həll olunurdu. Xoşbəxtlikdən gürcü xalqı həmişə öz seçimini sülh, azadlıq, müstəqillik, suverenlik, demokratiya və iqtisadi tərəqqinin lehinə edib”, – deyə İrakli Kobaxidze bildirib.