İrakli Kobaxidze - Devid Linin açıqlaması skandaldır, lakin sarsıntı keçirdiyimi deyə bilmərəm, çünki Kubilius və Hartsel daha pis işlər görüblər
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Avropa Biznes Assosiasiyasının keçmiş icraçı direktoru Devid Linin bəyanatının skandal olduğunu bildirib.
Kobaxidze Devid Linin açıqlamasına təəccüblənmədiyini bildirib, çünki onun sözlərinə görə, ” həm biri , həm də digəri çox daha pis işlər görüblər, mən Kubilius və Hartseli nəzərdə tuturam”.
“Devid Linin açıqlaması skandaldır, lakin bir sadə səbəbdən dolayı bu açıqlamadan sarsıntı keçirdiyimi deyə bilmərəm, həm biri , həm də digəri çox daha pis işlər görüblər, mən Kubilius və Hartseli nəzərdə tuturam, müvafiq olaraq bu iki insanın yanaşması, o cümlədən biznesin azadlığına yönəlik mənim üçün ümumiyyətlə təəccüblü deyil. Biznesə təzyiqlər “Milli Hərəkat”ın dəsti-xətti olub və onların dostları bu dəsti-xətt ilə seçilirlər” –deyə Kobaxidze bildirib.
Avropa Biznes Assosiasiyasının keçmiş icraçı direktoru Devid Li təzyiq altında vəzifəsini tərk etdiyini bildirib.
“Andrius Kubilius məktub yazaraq keçmiş Aİ səfirinə mənim siyasi bəyanatlarıma görə Gürcüstanda Avropa Biznes Assosiasiyası ilə işləməməyi tapşırıb. Aİ səfiri Karl Hartsel bu ilin aprelində məni ofisinə çağırdı və baş direktor olaraq qalsam, bir daha bizimlə işləməyəcəyini söylədi. İstefa verdim. Bu təzyiq yanlışdır” -deyə Devid Li bildirib.