İrakli Kobaxidze - Deputatların iclaslarda iştirak etmələri baxımından dəyişən birşey olmayıb, ona görə, bu vəziyyəti dəyişmək üçün, müvafiq qanunlayihəyi qüvvəyə salacağıq
Parlamentin sədri İrakli Kobaxidzenin bəyanatına görə, qanunverici orqanda deputatların iştirak etməsi baxımından vəziyyət dəyişməyib, buna görə də, vəziyyətin düzəldilməsi üçün, reqlamentdə planlaşdırılan dəyişikliklər yaxın gələcəkdə müzakirə ediləcək.
İrakli Kobaxidze bu bəyanatı bugün yaranan vəziyyətdən sonra bəyan etdi. Bugünki plenar iclas kvorum çatışmamazlığına görə, müvəqqəti olaraq, təxirə salındı.
Deputatlar iclası ancaq üçüncü qeydiyyatdan sonra açdılar.
“Vəziyyət dəyişməyib, demək ki, bu vəziyyəti dəyişdirə biləcək qanunlayihəyi qüvvəyə salmaq lazımdır” – dedi İrakli Kobaxidze.
Reqlamentdə planlaşdırılan dəyişikliklər artıq başlayıb, lakin onun müzakirəsi hələ başlamayıb. Səbəb isə, iqtidar dəstəsində mövcud olan fikir ayrılığıdır. Dəyişikliklərə əsasən, iclaslarda iştirak etməkdan baş qaçırdmaq üçün “ailə vəziyyətinə görə” səbəbi artıq keçərli olmayacaq.
Həmçinin, bir deputat tərəfindən, başqa deputatın pultundan istifadə edərək, onun iclasda olmamasının gizlədilməsinə görə də requlyasiyalar sərtləşdiriləcək.