İrakli Kobaxidze - depolarizasiyadan söhbət gedərkən siyasətçilər, jurnalistlər və vətəndaşlar eyni dərəcədə məsuliyyət daşıyırlar
Bizim üçün prioritet namizəd statusunu almaqdır. Bizim tərəfimizdən iyun ayı da daxil olmaqla maksimum edilib, dekabr da daxil olmaqla maksimum ediləcək- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Avropa Komissiyasının tövsiyələrinin icrası ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə əsasən, tövsiyələrin icrası prosesində istənilən subyektin məsuliyyətini görməliyik.
“Bugünkü məqsəd ictimaiyyətə dolğun məlumat vermək idi, rəqəmlərlə danışmaq asandır – 3, 12 və sair, təbii ki, çaşqınlıq yaradır və ictimaiyyətə dolğun məlumat vermir. Məqsədimiz hər bir bənd üzrə ictimaiyyətə ətraflı məlumat vermək idi, məlumatlandırma davam edəcək və Avropa komissarı Varhei tərəfindən əlavə olaraq təqdim olunan 18 bəndin praktiki, qanunvericilik baxımından icrası ilə bağlı iş davam edəcək. Təbii ki, bütün mövzularda iş olacaq. 12 bəndlik mövzudan bir qədər kənara çıxdıq, amma bu da yaxşı idi. Müəyyən mövzularla bağlı polemika rejimi olmadan danışa bilməyəcəyimiz məlumatları ictimaiyyətlə bölüşə bildik. Bizim üçün prioritet namizəd statusunu almaqdır. Bizim tərəfimizdən iyun ayı da daxil olmaqla maksimum edilib, dekabr da daxil olmaqla maksimum ediləcək. Bütün bəndlər sona qədər aparılası olacaq, bu prosesdə istənilən subyektin məsuliyyəti görünməlidir. Depolarizasiyadan söhbət gedərkən siyasətçilər, jurnalistlər və vətəndaşlar eyni dərəcədə məsuliyyət daşıyırlar. Yaxşı olardı ki, hamımız bu məsələlərə öz üzərimizə düşən məsuliyyətlə yanaşaq və bizə mütləq namizəd statusu veriləcək” – deyə İrakli Kobaxidze açıqlayıb.