İrakli Kobaxidze - deoliqarxizasiya üzrə fəaliyyət planının layihəsi həftənin sonuna kimi Venesiya Komissiyasına göndəriləcək, parlament sabah üçüncü oxunuşda onu müzakirə edərək deoliqarxizasiya haqqında qanun layihəsini qəbul etməyəcək
İrakli Kobaxidze - deoliqarxizasiya üzrə fəaliyyət planının layihəsi həftənin sonuna kimi Venesiya Komissiyasına göndəriləcək, parlament sabah üçüncü oxunuşda onu müzakirə edərək deoliqarxizasiya haqqında qanun layihəsini qəbul etməyəcək

Avropa Komissiyası ilə əlavə məsləhətləşmələrdən sonra yekunlaşacaq deoliqarxizasiya fəaliyyət planının layihəsi bu həftənin sonunadək Venesiya Komissiyasına göndəriləcək-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.

Kobaxidze bildirib ki, parlamentin iki oxunuşda qəbul etdiyi deoliqarxizasiya haqqında qanun praktiki əhəmiyyətini itirib və Avropa Komissiyasının tövsiyəsinə uyğun olaraq parlament sabah üçüncü oxunuşda müzakirə edərək, sözügedən qanun layihəsini qəbul etməyəcək.

“Avropa Komissiyasının nümayəndələri ilə görüşlər keçirilib və bu görüşlərdə Avropa Komissiyasının sentyabrın sonuna kimi irəliləyiş görmək istədiyi dörd məsələ müəyyən edilib. Gürcüstan hakimiyyəti hər dörd istiqamətdə Avropa Komissiyasının gözləntilərinə tam cavab verəcək. Avropa Komissiyasının tövsiyəsinə uyğun olaraq, Gürcüstan Hökuməti yanında Gürcüstanın Avropa İttifaqına İnteqrasiyası Komissiyası artıq Avropa Komissiyası ilə əlavə məsləhətləşmələrdən sonra yekunlaşdırılacaq deoliqarxizasiya üzrə fəaliyyət planı layihəsini təsdiqləyib. Bundan əlavə, bu həftənin sonunadək fəaliyyət planı layihəsi Venesiya Komissiyasına göndəriləcək. Bu da tövsiyələrdən biri idi. Fəaliyyət planının təsdiqi kontekstində parlamentin iki oxunuşda qəbul etdiyi deoliqarxizasiya qanunu praktiki aktuallığını itirib. Bundan irəli gələrək, eləcə də Avropa Komissiyasının tövsiyəsinə uyğun olaraq, parlament sabah üçüncü oxunuşda müzakirə edərək, fərdi yanaşmaya əsaslanan adı çəkilən qanun layihəsini qəbul etməyəcək. Eyni zamanda, biz Avropa Komissiyasını 12 prioritetdə öz əksini tapmış və həm Gürcüstandakı müxalifət, həm də onlarla əlaqəli Avropa Parlamenti üzvləri və ya əcnəbi siyasətçilər tərəfindən spekulyasiya üçün fəal şəkildə istifadə edilən fərdiləşdirilmiş yanaşmadan imtina etməyə çağırırıq”- İrakli Kobaxidze deyib.