İrakli Kobaxidze deoliqarxizasiya haqqında qanunlayihənin oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim olunacağını və noyabrın 29-dan gec olmayaraq qəbul ediləcəyini bildirir
Parlament əksəriyyətinin lideri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Hüquq Məsələləri Komitəsində deoliqarxizasiya qanunlayihəsi üzərində işləyəcək işçi qrupunun yaradılacağını bildirir.
O, deoliqarxizasiya haqqında qanunlayihənin oktyabrın 5-dən gec olmayaraq parlamentə təşəbbüs qaydası ilə təqdim olunacağını və noyabrın 29-dan gec olmayaraq qəbul ediləcəyini bildirir.
“Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsində bütün parlament partiyalarının və vətəndaş sektorunun nümayəndələrinin daxil olacağı işçi qrup yaradılacaq. İşçi qrup, oktyabrın 5-dən gec olmayaraq təşəbbüs qaydası ilə Gürcüstan parlamentinə təqdim olunacaq və noyabrın 29-dan gec olmayaraq parlament tərəfindən qəbul ediləcək deoliqarxizasiya qanunlayihəsi üzərində işləyəcək” – deyə Kobaxidze bildirib.