İrakli Kobaxidze - De-oliqarxizasiya layihəsini Venesiya Komissiyasına göndərmək zəruri deyildi, hərçənd Aİ-nin səfiri, Oliver Varhei tərəfindən rica olub və biz bunu nəzərə aldıq
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze hakim komandanın De-oliqarxizasiya qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsi ilə bağlı Avropa komissarı Oliver Varhei və Aİ-nin Gürcüstandakı səfirinin tövsiyələrini nəzərə aldığını bildirib.
O məhz bu səbəbdən qanun layihəsini komissiyaya göndərmək qərarını verdiklərini açıqlayıb.
“Qanun layihəsi üçüncü oxunuşda son olaraq qəbul edilməzdən əvvəl, biz onu Venesiya Komissiyasına göndərmək barədə qərar qəbul etdik. Buna səbəb Oliver Varhei tərəfindən ictimai şəkildə eşitdiyimiz rica idi. Avropa komissarının tövsiyəsi sənədin Venesiya Komissiyasına göndərilməsi idi. Həmçinin, Aİ-nin yeni təyin olunmuş səfiri ilə görüşümüz oldu, mənim onunla həm də şəxsi görüşüm oldu və qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsi ilə bağlı onun da ricasını eşitdik. İndi də bu sənədi Venesiya Komissiyasına göndərməyə ehtiyac olmadığını hesab edirəm, lakin belə ricalar olduğu üçün biz bunu nəzərə aldıq. Müvafiq olaraq, qanun layihəsi Venesiya Komissiyasına göndərilib” – deyə İrakli Kobaxidze bildirib.
“Milli Hərəkat”ın nümayəndələri Venesiya Komissiyasına göndərilməkdən başqa, məsələn, De-oliqarxizasiya layihəsini dəstəkləməmək üçün daha nə tələb edə bilərlər sualına Kobaxidze belə cavab verib:
“Onları yeganə məqsəd ayaqda tutur, de-oliqarxizasiya baş tutmasın. Oliqarxik təsirlərin qorunub saxlanılması onların marağındadır. Məsələn, Kezeraşvilinin oliqarx təsirləri, Saakaşvili, Xazaradze və s. Müvafiq olaraq, Gürcüstanda de-oliqarxizasiyanın həyata keçirilməməsini istəyirlər. Onların bu qanunu Venesiya Komissiyasına göndərmək istəmələrinin yeganə məqsədi Gürcüstanda onun icrasını və de-oliqarxizasiyanı gecikdirmək idi” – deyə Kobaxidze bildirib.
Dünən “Gürcü Arzusu”nda “De-oliqarxizasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə etməkdən imtina etdiklərini və layihəni Venesiya Komissiyasına göndərəcəklərini açıqlayıblar.
Bununla yanaşı, Aİ-nin Gürcüstandakı Nümayəndəliyi bəyanat yayıb və bəyanatda deyilir: “Gürcüstan parlamentinin “De-oliqarxizasiya haqqında” qanun layihəsinin müzakirə üçün Venesiya Komissiyasına göndərilməsi ilə bağlı bəyanatını alqışlayırıq ki, bu da müsbət addımdır”.