İrakli Kobaxidze - Çox daha çətin dövrdə sabitliyi qoruya bildik, ictimaiyyətə söz veririk ki, heç kimə prosesləri başqa ssenaridə inkişaf etdirmək imkanını verməyəcəyik
İrakli Kobaxidze - Çox daha çətin dövrdə sabitliyi qoruya bildik, ictimaiyyətə söz veririk ki, heç kimə prosesləri başqa ssenaridə inkişaf etdirmək imkanını verməyəcəyik

 
Çox daha çətin dövrdə sabitliyi qoruya bildik, ictimaiyyətə söz veririk ki, heç kimə prosesləri başqa ssenaridə inkişaf etdirmək imkanını verməyəcəyik – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu haqda jurnalistlərə açıqlayıb.

“Mən Salome Zurabişvilinin yerində olsaydım, xalq platformasını küçəyə daşıyardım, Rustavelini doldurmaq olar”-deyə Mixeil Saakaşvilinin bugünkü bəyanatı ilə bağlı jurnalistlər Kobaxidzeyə sual ünvanlayıblar.

Kobaxidze bildirib ki, “Bu, Salome Zurabişvili ilə “Milli Hərəkat” arasında açıq ittifaqdır”.

“Salome Zurabişvili praktiki olaraq yeni partiya yaratdığını və kollektiv “Milli Hərəkat”la ittifaq elan etdi. Bu, onların siyasi gündəliyidir. İstənilən halda bu siyasi qüvvənin uğur şansı yoxdur. Bu, mənim mövqeyimdir”-Kobaxidze açıqlayıb.

Kobaxidzenin qeyd etdiyi kimi, prosesləri küçəyə daşımaq imkanı yoxdur.

“Bunun üçün heç bir resurs yoxdur. Əsas odur ki, biz ölkənin sabitliyini təmin edirik, buna cavabdehik. Biz bütün bu illər ərzində sabitliyi çox daha çətin dövrlərdə qoruyub saxlaya bilmişik. İctimaiyyətə söz veririk ki, heç kimə ölkədə prosesləri başqa ssenaridə inkişaf etdirmək imkanını verməyəcəyik”- deyə İrakli Kobaxidze bildirib.