İrakli Kobaxidze - Çinlə, ölkəmiz və əhalimiz üçün olduqca nəzərə çarpan nəticələr verə biləcək əməkdaşlıq son dərəcə mühümdür
İrakli Kobaxidze - Çinlə, ölkəmiz və əhalimiz üçün olduqca nəzərə çarpan nəticələr verə biləcək əməkdaşlıq son dərəcə mühümdür

 

Çinlə əməkdaşlığımız müxtəlif nöqteyi-nəzərdən son dərəcə mühümdür, Çinlə siyasi əməkdaşlıq bizim üçün vacibdir, iqtisadi əməkdaşlıq vacibdir və bu əməkdaşlıq ölkəmiz və ölkəmizin əhalisi üçün olduqca nəzərə çarpan nəticələr verə bilər- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze danışıb.

İrakli Kobaxidze bildirib ki, Çinə rəsmi səfəri çərçivəsində hakim partiyanın beynəlxalq departamentinin rəhbəri, nazir Liu Dzinchao, nazir müavini, eləcə də Dövlət Şurası nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilib.

“Biz hakim partiyanın beynəlxalq departamentinin rəhbəri, nazir Liu Dzinchao, eləcə də nazir müavini ilə görüşdük, həmçinin Dövlət Şurası nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbərliyi ilə də görüşümüz oldu. Əməkdaşlığın dərinləşdirilməsindən danışmaq olduqca maraqlıdır. Ötən il Çin və Gürcüstan arasında münasibətlərin dərinləşməsi baxımından tarixi olub. Strateji tərəfdaşlıq sazişi imzalandı və bizim məqsədimiz təbii ki, bu əməkdaşlıq sazişinin lazımi şəkildə həyata keçirilməsini təmin etməkdir və səfərimiz də buna xidmət edir. Münasibətlərin dərinləşdirilə biləcəyi çoxlu sahələr var, əlbəttə ki, siyasi aspekti dərinləşdirmək vacibdir, iqtisadi münasibətləri dərinləşdirmək vacibdir və bunun olduqca nəzərə çarpan nəticələri olmalıdır. Gürcüstan və Çin arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”- deyə İrakli Kobaxidze açıqlayıb.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi hakim partiyanın nümayəndə heyəti Çində səfərdədir.